Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nəsimi və Binəqədi rayonlarında cibgirlər saxlanılıb

20 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Nəsimi və Binəqədi rayonlarında cibgirlər saxlanılıb

Press.Az
xəbər verir ki, Nəsimi RPİ 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən noyabrın 18-də rayon ərazisindəki oyun zalından, oranın işçisi, Zərdab rayon sakini Ü.Bəbirlinin mobil telefonunu, habelə içərisində 30 manat və sənəd olan pulqabısını oğurlayan Hacıqabul rayon sakini Ə.Yolçuyev saxlanılıb.

Bundan başqa, Binəqədi RPİ 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 20-də S.Əlirzayevanın 163 manat pulunu oğurlayan Bakı şəhər sakini Ə.Əli-Əkbərov saxlanılıb.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

Oxşar xəbərlər
OTACI