Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Akademik Musiqili Teatrında Atilla Məmmədovun "Ey Vətən!" adlı solo konserti keçiriləcək

19 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Noyabr ayının 27-də saat 14:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü, Atilla Məmmədovun "Ey Vətən!" adlı solo konserti keçiriləcək.

Press.az xəbər verir ki, konsertdə o, "Azərbaycan" (M.Maqomayev), "Sevgili canan" (Ü.Hacıbəyli), "Ana" (S.Əliyeva), "Dichitenchello Vuie" (R.Falvo), "O Sole mio" (E.Di Kapua), "I will survive" (G.Gaynor), "Quizas, Quizas, Quizas" (Osvaldo Faresa), "Hava nagila" (Yəhudi xalq mahnısı), "Litalyano Pero" (Toto Kutunyo) və "Ey Vətən" (Elza İbrahimova) mahnılarını ifa edəcək.

Qeyd edək ki, Akademik Musiqili Teatrın kiçik yaşlı aktyoru Atilla Məmmədov vokal ifaçılığına hələ 6 yaşında ikən başlayıb. 2015-ci ildə Azərbaycanı Türkiyədə "O səs Türkiyə" yarışmasında təmsil edərək finalçı olan bu istedadlı oğlan 2017-ci ildə həm İtalyada "Testene Art" və həm də Gürcüstanda "Harmony World" beynəlxalq müsabiqələrdə 1-ci yerlərə sahib olub.

2017-ci ildə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə onun adı Gənc istedadların “Qızıl kitabı"na yazılıb və Prezident təqaüdünə layiq görülüb.

2017-ci ildən Akademik Musiqili Teatrda fəaliyyətini uğurla davam etdirən kiçik yaşlı aktyor ötən mövsümdə premyerası olan "Balaca Şahzadə" (A.de Sent Ekzüperi, R.Ağababayev) tamaşasında Balaca Şahzədə obrazını canlandıran iki aktyordan biridir.

Ürəyəyatımlı səs tembri olan Atilla bu il Gürcüstanda keçirilən "Wonderland" adlı beynəlxalq müsabiqədə ikinci yeri qazanıb.

Oxşar xəbərlər
OTACI