Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib

19 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Tanınmış jurnalist Ayaz Mirzəyev Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən ayrılıb.

Press.az xəbər verir ki, bu barədə Ayaz Mirzəyev “Facebook” səhifəsində yazıb:

“Bu gündən etibarən Nazirlər Kabineti Aparatında tutduğum mətbuat xidməti vəzifəsindən ayrıldım. Bu müddət ərzində mənim fəaliyyətimə dəstək göstərən, bu vacib işi mənə etimad edən, inanan keçmiş və indiki rəhbərliyimə təşəkkür edirəm.

Eyni zamanda bu müddət ərzində mətbuat xidməti olaraq mənimlə birgə işləyən, əməkdaşlıq edən media sahəsindəki həmkarlarıma minnətdarlığımı bildirirəm. Həyatımda əhəmiyyətli rol oynayan dövlət işi təcrübəsi qazandım. Bu vəzifədə bundan sonra fəaliyyət göstərəcək gələcək həmkarıma da bəribaşdan uğurlar diləyirəm”.

Qeyd edək ki, A.Mirzəyev bu ilin 17 aprelinə sabiq Baş nazir Novruz Məmmədov tərəfindən həmin vəzifəyə təyin edilmişdi.

Oxşar xəbərlər
OTACI