Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Fərqanə Qasımovadan “Nəsimi ili”nə möhtəşəm töhfə - VİDEO

18 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün “Nəsimi ili” çərçivəsində Əməkdar artist Fərqanə Qasımovanın ifasında Nəsiminin “Sığmazam” qəzəlinin klip təqdimatı olub.

Press.az Oxu.Az-a istinadən xəbər verir ki, tədbir Bakı Kitab Mərkəzində keçirilib. Tədbirdə Əməkdar artist “Sığmazam” qəzəlinə çəkilmiş klipin ərsəyə gəlmə səbəblərini açıqlayıb:

“Bu qəzəli oxumağı özümə mənəvi borc bildim. Layihəni reallaşdıra bildiyim üçün çox şadam. Hesab edirəm ki, bu qəzəl və kliplə “Nəsimi ili”nə öz töhfəmi verə bildim. Bu layihənin həyata keçməsində mənə dəstək olan şəxslərə təşəkkür edirəm. Minnətdaram”.

Qeyd edək ki, Əməkdar artist Fərqanə Qasımova ilk dəfə Oxu.Az-a müsahibəsində ilin sonuna kimi Nəsiminin “Sığmazam” qəzəlinə çəkilən klipin təqdim olunacağını açıqlamışdı:

“Mahnını dinlədim, xoşuma gəldi. Hələ heç yerdə ifa etməmişəm. Klip çəkilişlərinə görə mahnının təqdim olunması gecikir. Bu ilin sonuna kimi kliplə birlikdə tamaşaçılara təqdim etmək istəyirəm”.

Oxşar xəbərlər
OTACI