Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda avtobuslar üçün çəkilmiş zolaqlar zəbt edilir - VİDEO

18 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda müntəzəm marşrut xətlərində fəaliyyət göstərən avtobuslar üçün xüsusi zolaq təşkil edilsə də sürücülər bu zolaqdan istifadə edə bilmirlər.

Press.az Xəzər TV-yə istinadən xəbər verir ki, Məsələn, paytaxtın Babək prospektində avtobuslar üçün zolaq var, amma istifadə edilmir.

Avtobus sürücləri deyir ki, zolaq təşkil edildiyi ilk gündən mənzərə belədir. Onlar bu zolaqlardan istifadə edə bilmirlər. Xüsusilə də axşam saatlarında zolağın digər sürücülər tərəfindən zəbt edilməsi yolda tıxaca səbəb olur.

Avtobus zolağında avtomobil saxlayan sürücülər isə bildirir ki, prospekt yenidən qurulan zaman avtomobillərin parklanması nəzərə alınmayıb. Yol boyunca ticarət obyektləri də çox olduğundan sürücülər avtomobil saxlmağa yer tapmırlar. Odur ki, problemlər yaranır.

Ekspertlər isə hesab edirlər ki, yol infrastrukturu təşkil edilən zaman ətrafdakı ticarət obyektləri də nəzərə alınmalı idi. Bunun nəticəsidir ki, avtobus zolağından istifadə mümkünsüz olub

Qeyd edək ki, qaydaları pozan sürücüləri 40 manat məbləğində cərimə gözləyir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Oxşar xəbərlər
OTACI