logo
First slide

Məşhur rus aktyorun qızını cəzalandırmasının görüntüləri yayıldı - VİDEO

18 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Tanınmış rus aktyoru Aleksey Panin “Instagram”da qızı ilə bağlı video paylaşıb.

“CNNTürk”ün məlumatına görə, 42 yaşlı aktyor qızının üstünə qışqırıb, daha sonra onu mətbəxə sürüyərək, əllərini istilik cihazına bağlayıb.

Panin belə etməklə evi çirkləndirən qızını cəzalandırıb.

O, ağlayaraq yerə çökən qızına əllərinin açılması üçün nənəsini gözləməli olduğunu deyib.

Aktyorun bu hərəkəti izləyicilər arasında müsbət qarşılanmayıb.

Bəzi izləyicilər isə rəylərdə bunun bir oyun olduğunu yazıblar.

Görüntülərlə bağlı araşdırma aparılacağı bildirilib.

Oxşar xəbərlər