Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şəkidə oğurluq edən şəxslər saxlanılıblar

18 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Noyabrın 16-da Şəki şəhər sakini Yusif Yusifov DİN-in “102”- Zəng Mərkəzi Xidməti ilə əlaqə saxlayaraq atasına məxsus akkumulyator təmiri emalatxanasından yeni akkumulyatorların oğurlanması barədə məlumat verib. Müraciət aidiyyatı üzrə Şəki Şəhər Rayon Polis Şöbəsinə (ŞRPŞ) yönləndirilib.

Bu barədə Press.az-a DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. 

Bildirilib ki, zərərçəkmişə məxsus emalatxanadan ümumi dəyəri 350 manat olan 5 ədəd akkumulyatorun oğurlandığı müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq hadisəsini törədən şəxslərin Şəki şəhər sakinləri Nicat SalmanovElvin Həmidli və bir yeniyetmə olduğu müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıblar. Dindirilmə zamanı onlar törətdikləri cinayət əməlini etiraf ediblər və oğurladıqları akkumulyatorlar onlardan maddi sübut kimi götürülüb.

Faktla bağlı Şəki ŞRPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, istintaq aparılır.

Oxşar xəbərlər
OTACI