logo
First slide

“PAŞA Holdinq”dən “Sumqayıt Texnologiyalar Parkı”nın rəhbərliyinə təyinatlar olub

18 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin (STP) Müşahidə Şurasına (MŞ) sədr təyin edilib.

Press.az “Report”a istinadən xəbər verir ki, bu, Aqil Qurbanovdur.

O, indiyə qədər “PAŞA Holdinq” MMC-yə daxil olan “PAŞA İnvestments” MMC-də çalışıb. Bundan başqa, adı çəkilən holdinqin əməkdaşı Fuad Nəcəfli və holdinqə daxil olan “PAŞA Bank” ASC-nin əməkdaşı Şirin Əliyeva isə MŞ-nın üzvləri təyin olunublar.

STP-də digər vəzifə təyinatları də olub. Belə ki, Rauf Atakişiyev şirkətin baş maliyyə inzibatçısı, Seymur Hacıyev isə baş satınalmalar inzibatçısı təyin edilib.

Bundan başqa, Azər Sadıqov STP-nin Audit Komitəsinin sədri, Rəqsanə Əfəndiyeva isə Daxili audit departamentinin rəhbəri vəzifələrinə gətirilib.

Yaxın vaxtlarda şirkətin “PAŞA Holdinq”in idarəetməsinə keçəcəyi və holdinqə çevriləcəyi bildirilir.

Xatırladaq ki, STP 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 225,87 milyon manatdır. Şirkət İqtisadiyyat Nazirliyinə məxsus “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin rezidentidir. 

Oxşar xəbərlər