Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Slovakiya - Azərbaycan oyununda ukraynalı hakimlər

16 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

AVRO-2020-nin seçmə mərhələsində keçiriləcək Slovakiya - Azərbaycan matçının təyinatları açıqlanıb.

Press.az xəbər verir ki, qarşılaşma Ukraynadan olan hakimlər briqadasına həvalə olunub.

Baş hakim Sergey Boykoya yan xətt hakimləri - Vladimir Volodin və Semen Şlonçak köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Vitali Romanov yerinə yetirəcək.

Görüşün hakim-inspektoru maltalı Kevin Azzopardi, UEFA nümayəndəsi isə şotlandiyalı Skot Struthers olacaq.

Qeyd edək ki, Azərbaycan millisi bu gün "Bakcell Arena"da Uelslə qarşılaşacaq. Qarşılaşma saat 21:00-da başlayacaq. Noyabrın 19-da Trnavada keçiriləcək Slovakiya - Azərbaycan oyunu isə Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI