logo
First slide

Prezident İlham Əliyev latviyalı həmkarını təbrik edib

16 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Prezident İlham Əiyev Latviya Respublikasının Prezidenti Egils Levitsə təbrik məktubu ünvanlayıb.

Press.az-ın xəbərinə görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Latviya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Latviyanı dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, xoş ənənələrə malik əlaqələrimizin genişləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə inkişaf etdirilməsi bundan sonra da ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Latviya xalqına daim sülh və firavanlıq arzulayıram".

Oxşar xəbərlər