Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda respublika bilik yarışı keçirilib

16 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Noyabrın 12-də Heydər Əliyev Mərkəzində ali təhsil müəssisələrinin tələbələri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda respublika bilik yarışı keçirilib.

Press.az xəər verir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatının, çoxşaxəli fəaliyyətinin və irsinin dərindən öyrənilməsi və təbliği məqsədilə respublikanın 49 dövlət və özəl ali təhsil müəssisələrinin, o cümlədən xüsusi təyinatlı ali təhsil müəssisələrinin komandaları iştirak edib. Bu bilik yarışmasında DİN-in Polis Akademiyasının komandası xüsusilə fərqlənərək 30 bal toplamış və I yerə layiq görülüb.

Yeri gəlmişkən, 2014-cü ildən başlayaraq Heydər Əliyev Mərkəzində bu mövzuda bilik yarışı keçirilir.

Polis Akademiyasının komandası 2015-ci ildə keçirilmiş II Ümumrespublika bilik yarışında II, 2018-ci ildə keçirilmiş V Ümumrespublika bilik yarışında isə III yeri tutmuşdur.

Kursantları yarışa Polis Akademiyasını «İctimai elmlər» kafedrasının rəisi, polis mayoru Rəhim Məcnunov və kafedranın baş müəllimi, polis mayoru Rəşad Qasımov hazırlayıblar.

Oxşar xəbərlər
OTACI