Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu ölkədə təmiz hava pulla satılır - VİDEO

15 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Hava çirkliliyinə görə fövqəladə vəziyyət elan edilən Hindistanın paytaxı Yeni Dehlidə təmiz havanın pulla satışı başlayıb.

Press.az “ensonhaber.com”a istinadən xəbər verir ki, “Oxy Pure” adlı şirkət bir mağazada xüsusi kimyəvi borularda hazırlanan və müxtəlif aromatlar qatılan havanı 299 rupiyə (təxminən 7 manat) satır.

Təmiz hava almağın müddəti isə 15 dəqiqədir.

Şirkət iddia edir ki, bu “təmiz hava” vücud və zehnə müsbət təsir edir.

Qeyd edək ki, havanın həddindən artıq çirklənməsinə görə, Yeni Dehli məktəblərinə 5 milyon maska paylanılmışdı.

Oxşar xəbərlər
OTACI