Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Erməni "qəhrəman"ın xatirə lövhəsinin qara rəngə boyanılması araşdırılır

14 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiya hüquq-mühafizə orqanları Krasnodar diyarının Armavir şəhərində yerləşən erməni məbədində faşist Qaragin Njdenin xatirə lövhəsinin qara rəngə boyanılmasını araşdırır.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, bu barədə informasiya yayılan kimi hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, Armavir Şəhər Dumasının Kommunist Partiyasından olan deputatı Aleskey Vinoqradov noyabrın 12-də Armavirdəki erməni məbədində yerləşən faşist Qaragin Njdenin xatirə lövhəsini qara rəngə boyayıb. O, yerli hakimiyyət orqanları və Rusiyadakı erməni diasporunun məlum xatirə lövhəsinin sökülməsi ilə bağlı verdiyi iki həfətlik müddətin başa çatdığına görə belə bir addımı atdığını söyləyib.

APA

Oxşar xəbərlər
OTACI