Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Akademik Musiqili Teatrın aktyoruna Mədəniyyət Nazirinin mükafatı təqdim olundu

14 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev teatr sahəsində uzunmüddətli səmərəli fəaliyyəti, milli mədəniyyətimizin inkişafındakı xidmətləri və 60 illik yubileyi münasibəti ilə Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyevi Nazirliyin Fəxri Fərmanı ilə təltif edib.

Press.az xəbər verir ki, bu münasibətlə Teatrda keçirilən təqdimetmə mərasimində sənət ocağının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev aktyorun səhnə fəaliyyəti barədə geniş məlumat verib. Sonra nazirin imzaladığı mükafatı yubilyara təqdim edərək ona yaradıcılıq yollarında uğurlar arzulayıb.

Möylə Mirzəliyev fəaliyyətinə verilən yüksək qiymətə və qayğıya görə Mədəniyyət Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib: “Bu təkcə mənim deyil, fəaliyyət göstərdiyim teatrın yaradıcı heyətinin əməyinə göstərilən diqqətin bariz nümunəsidir. Çalışacağam ki, bundan sonra da mənə həvalə edilən rolları böyük yaradıcılıq şövqü ilə ifa edim”.

Qeyd edək ki, M. Mirzəliyev 1985-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin ''Musiqili komediya aktyorluğu'' fakültəsini bitirib. 1985-1992- ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrında çalışıb. 1992-ci ildən bu günədək Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində onlarla yaddaqalan obrazlar yaradıb. O, bu gün də repertuarda olan tamaşalarda uğurla çıxış edir, teatrın 110-cu mövsümündə premyeraları nəzərdə tutulan tamaşalarda məşqlərini davam etdirir.

Oxşar xəbərlər
OTACI