Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Elektriklə işləyən maşınlar rüsumdan azad ediləcək? - Gömrük Komitəsindən AÇIQLAMA

14 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Parlementin dünən keçirilən iclasında deputat Şahin İsmayılov əhalinin avtomobillərə əlçatanlığını təmin etmək üçün elektriklə işləyən maşınları bütün növ rüsumlardan azad etməyi təklif edib.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə əlaqələr İdarəsinin rəisi Natiq Axundov məsələ ilə bağlı Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, təmsil etdiyi qurum icraedici orqandır:

“Qeyd etdiyiniz məsələyə gəlincə deyə bilərəm ki, Azərbaycan hökuməti bununla bağlı nə qərar verərsə, gömrük orqanı olaraq biz də həmin qərarı icra edəcəyik”.

Qeyd edək ki, 1 yanvar 2019-cu ildən qüvvəyə minən Vergi Məcəlləsinin 164.1.41-ci bəndinə əsasən yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin ölkə ərazisinə idxalı əlavə dəyər vergisindən azad edilib. Həmçinin, elektrik avtomobili idxal edərkən avtomobilin dəyərinin 15 faizi həcmində rüsum tələb olunur.

Oxşar xəbərlər
OTACI