Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Yollardakı polis postlarında sürücülər üçün istirahət otaqları var” - DYP

13 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bir çox hallarda rayonlararası hərəkətdə olan sürücülərin məsuliyyətsiz hərəkəti qəzalara səbəb olur. Belə ki, yuxusuz halda yola çıxır, yolda dincəlmir və nəticədə qəzalar baş verir.

Press.az Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev Modern.az-a bildirib ki, profilaktik tədbirlərə baxmayaraq, bəzi hərəkət iştirakçılarının bu tövsiyələrə əməl etmədiyini bildirib:

“Sürücülərə müraciət edərək bildirmək istərdik ki, hər hansı sürücü səfərə çıxmazdan əvvəl avtomobilinə xüsusi diqqət yetirməlidir. Sürücü və sərnişinlər təhlükəsizlik kəmərindən istifadə etməlidir və təbii ki, hərəkət zamanı sürət rejiminə, manevretmə qaydalarına, eləcə də, digər təhlükəsizlik tədbirlərinə ciddi əməl olunmalıdır”.

R.Quliyev qeyd edib ki, yorğun və yuxusuz halda sükan arxasında əyləşmək yolverilməzdir:

“Yollardakı polis postlarında sürücülər üçün istirahət otaqları var. İstənilən sürücü yorğun olduğu halda, postlarda avtomobillərini saxlayıb, bu otaqlardan istifadə edə bilər. Bu da baş verə biləcək qəzaların sayının azalmasında mühüm rol oynayacaq”.

Oxşar xəbərlər
OTACI