Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

DYP-dən XƏBƏRDARLIQ: Bu yollar bağlı olacaq

13 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı şəhər Dövlət Yol Polis İdarəsinin avtomobil sahiblərinə və sürücülərə müraciət edib.

İdarədən Press.az-a bildirib ki, 14-15 noyabr 2019-cu il tarixlərdə Dünya dini liderlərinin II Bakı Sammitinin keçirilməsi ilə əlaqədar bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyulmaqla istiqamətin dəyişdirilməsi nəzərdə tutulur.

Belə ki, 14-15 noyabr tarixlərdə hava limanına gələn yüksək çinli qonaqların, tədbir iştirakçılarının qarşılanaraq mərkəzə doğru otellər istiqamətinə hərəkəti müəyyən edilib. Bu məqsədlə qonaqların yerləşdirilməsi və tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş “Heydər Əliyev Mərkəzi”, “Bakı Konqres Mərkəzi” və digər ərzilərə doğru hərəkətdə təhlükəsizlik tədbirləri həyata keçiriləcək.

Odur ki, 14 noyabr tarixindən etibarən səhər saat 08:30-dan tədbirlər tam başa çatanadək Heydər Əliyev prospekti, Azneft dairəsi, Niyazi küçəsi, Neftçilər prospekti, Y.Səfərov, Ü.Hacıbəyov, Z.Əliyeva küçələri, M.Hüseyn və T.Elçin küçələrinə bitişən və kəsişən digər küçələr üzrə avtomobillərin hərəkəti qısa fasilələrlə məhdudlaşdırılacaq.

Ona görə də ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük verilməsi tövsiyyə edilir. Hərəkətlə bağlı süni sıxlığın, tıxacların baş verməməsi üçün xahiş olunur ki, keçirilən tədbirlərin dövlət əhəmiyyətli olduğunu nəzərə alaraq sürücü və avtomobil sahibləri göstərilən küçə və prospektlər üzrə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər və tətbiq olunacaq qısa məhdudiyyətlərə anlayışla yanaşsınlar.

Oxşar xəbərlər
OTACI