Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sumqayıtda marketlərə qənim kəsilənlər saxlanıldı

13 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sumqayıtda 5 marketdən seyf oğrulayan şəxslər saxlanılıblar.

Bu barədə Press.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Verilən məlumata görə, əməliyyat Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində marketlərdən silsilə oğurluqlar edən şəxslər saxlanılıblar.

Nəticədə şəhər sakinləri Elnur Bağırov və Emin Nəzərov tutularaq istintaqa təqdim ediliblər.

Araşdırma zamanı onların  müxtəlif vaxtlarda Sumqayıt şəhərində xüsusi texniki vasitələrlə qorunmayan 5 marketdən içərisində pul olan seyflər oğurladığı məlum olub.

Dəstə üzvləri mağazalara daxil olan zaman sonradan ifşa olunmamaları üçün obyektlərin daxilində olan müşahidə kameralarının yaddaş bloklarını da özləri ilə götürüblər.

Emin Nəzərov və Elnur Bağırov seyflərdən bir neçəsini marketlərin içində açsalar da, digərlərini özləri ilə aparıblar.

Onlar seyfləri açandan sonra izi itirmək məqsədi ilə Sumqayıt şəhərindəki su hövzələrindən birinə atıblar.

Qeyd edək ki, dəstə üzvü olan Elnur Bağırov həmin mağazalar şəbəkəsində əvvəllər kassir işlədiyi üçün oğurluq etmək təklifi də ondan gəlib.

Faktlarla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər
OTACI