Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Diplomların tanınması ilə bağlı sənəd qəbulu dayandırılacaq

13 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı sənəd qəbulu noyabrın 15, 16 və 17-də müvəqqəti olaraq dayandırılacaq. 

Bu barədə Press.az-a Təhsil Nazirliyindən məlumat verilib. 

Buna səbəb nostrifikasiya üzrə elektron ərizə sistemində təkmilləşdirmə işlərinin aparılmasıdır. Təkmilləşdirmə işlərinin aparılmasında məqsəd xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, müraciətlərə baxılması prosesinin sürətləndirilməsi və sistemin dayanıqlılığının təmin edilməsidir.

Qeyd edək ki, dövlət orqanları (qurumları) tərəfindən vətəndaşlara göstərilən elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu sahədə yeni standartların tətbiq edilməsi, innovasiyalardan və müasir texnologiyalardan istifadənin genişləndirilməsi, habelə şəffaflığın artırılması kimi məsələlər dövlət siyasətinin başlıca prioritetlərindən biridir.

Oxşar xəbərlər
OTACI