Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Yasamal, Xətai və Suraxanı rayonlarının yeni icra başçıları kollektivə təqdim olunub

13 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakının Yasamal, Xətai və Suraxanı Rayon İcra Hakimiyyətlərinin yeni icra başçıları kollektivə təqdim olunub.

Press.az xəbər verir ki, Azərbaycan Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovu, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevi və Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovu hər bir rayon icra hakimiyyətinin kollektivinə ayrı-ayrılıqda təqdim edib.

Hər üç icra başçısı artıq vəzifələrinin icrasına başlayıblar.

Qeyd edək ki, Prezident İlham Əliyevin noyabrın 12-də imzaladığı sərəncamlarla Elşad Həsənov Yasamal Rayon İcra Hakimiyyətinin başçısı, Rafiq Quliyev Xətai Rayon İcra Hakimiyyətinin başçısı və Əziz Əzizov Suraxanı Rayon İcra Hakimiyyətinin  başçısı təyin edilib.

Oxşar xəbərlər
OTACI