Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda yolu bağlayan 2 kişi qıza hücum etdi - Polis araşdırmalara başladı - VİDEO

13 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sosial şəbəkələrdə iki şəxsin yolu bağlayaraq hərəkətə süni maneələr yaratmasının əks olunduğu video yayılıb.  

Videogörüntülərdən məlum olur ki, 2 nəfər şəxs yolu kəsərək avtobus sürücüsünə hücum edib. Daha sonra videoda görünən gənclərdən biri yoldan ötən qızın üzərinə gedərək əlindəki gödəkçə ilə onu vurur.

Yalnız bundan sonra ətrafdakı şəxslər onlara tərəf gəlib zərərsizləşdirməyə çalışırlar. 

Bakı Şəhər Baş Polis İdarəsi məsələyə münasibət bildirib. 

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Press.Az-a verilən məlumata görə, sosial şəbəkələrdə yayılan videogörüntülər araşdırılır:

“Videgörüntülərdə əks olunan hadisədən məlumatlıyıq. Müvafiq rayon Polis İdarəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.

Oxşar xəbərlər
OTACI