Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda ağacları kəsib, yerində avtodayanacaq salırlar - VİDEO (YENİLƏNİB)

12 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nəsimi rayonu, K.Səfərəliyev küçəsi 23 ünvanında ağac kəsilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
 
Əraziyə keçirilən baxış zamanı sözügedən ünvanda bir ağacın kəsilərək üstünün asfaltla örtüldüyü aşkar edilib.

Press.az xəbər verir ki, bunu Baku.ws-ə açıqlamasında ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

Araşdırma zamanı ağacın yol təmir-tikinti idarəsi tərəfindən asfaltlama işləri aparılan zaman kəsildiyi məlum olub.

Faktla bağlı protokol tərtib edilib.

İdarənin hüquqi şəxs qismində cərimə edilməsi və barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Nəsimi rayon məhkəməsinə göndəriləcək.

***15:08

Bakıda ağacları kəsib, yerində avtodayanacaq salınır.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilir ki, Nəsimi rayonu, Xəqani küçəsində ağacları kökündən kəsirlər. Yerində avtodayanacaq salınır.

Məsələ ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Baku.ws-ə açıqlamasında bildirdi ki, məsələ ilə bağlı məlumatları var.

“Bu barədə artıq araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsi məlum olandan sonra ətraflı məlumat veriləcək”, - deyə İradə İbrahimova bildirib.

 

Oxşar xəbərlər
OTACI