Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan Ordusunun Naxçıvandakı qoşunları döyüşə hazırolma dərəcəsinə gətirilib - VİDEO

12 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Ordusunda keçirilən əməliyyat təlimi çərçivəsində Naxçıvan Qarnizonu qoşunlarının birləşmə və hissələri aidiyyətı üzrə sərəncam qaydasında qaldırılaraq müvafiq döyüşə hazırolma dərəcəsinə gətirilib.

Press.az xəbər verir ki, təlim üç mərhələdə icra ediləcək.

Təlimdə birinci eşelon bölmələrinin şərti düşmənin qəfil hücumlarının dəf edilməsi üzrə fəaliyyətləri, birlik, birləşmə və hissələrin idarəetmə orqanlarının ərazidə açılması və idarəetməni öz üzərinə götürməsi, səfərbərlik ehtiyatlarından döyüş hazırlığını təyin edən mütəxəssislərin və texnikaların qismən qəbulunun təşkili, ümumqoşun, tank, desant və diversiya əleyhinə ehtiyatların döyüş atışlı taktiki təlimdə praktiki fəaliyyətlərinin məşq etdirilməsi planlaşdırılır.

Oxşar xəbərlər
OTACI