Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Azərbaycanla oyun haqda düşünməyə başlayanda..." - Slovakiyalı futbolçu

12 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"6 oyundan sonra hər şey hələ də öz əlimizdədir. Son iki matçda Xorvatiya və Azərbaycana qalib gəlsək, qrupu birinci yerdə bitirəcəyik".

Press.az "SİTA"ya istinadən yaydığı xəbərə görə, bu sözləri Slovakiya millisinin futbolçusu David Hançko  Avro-2020-nin seçmə mərhələsində Xorvatiya və Azərbaycanla oyunlar öncəsi deyib.

"Xorvatiya ilə ev oyununda əsəbi idik. Həmin matçdakı çatışmazlıqları aradan qaldırsaq, Xorvatiyada uğur qazana bilərik. Avropa çempionatına getmək arzusu hamımızda çox böyükdür" - deyə o bildirib.

22 yaşlı müdafiəçi daha sonra söyləyib: "Azərbaycanla oyun haqda düşünməyə başlayanda Xorvatiya ilə də bir matçımızın olduğunu fikirləşirəm. Məşqdə bütün diqqətimi cəmləyib, yalnız növbəti duel barədə düşünürəm. İnanıram ki, noyabrdakı matçları gözəl olacaq və sonra bunu qeyd edəcəyik".

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI