Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

XİN Perunun Azərbaycandakı səfirliyinin bağlanmasının səbəbini açıqlayıb

12 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Perunun Azərbaycandakı səfirliyinin bağlanması ilə bağlı qərar bu ölkənin daxili vəziyyəti və üzləşdiyi maliyyə məsələləri ilə əlaqədardır".

Press.az xəbər verir ki, bunu "Report"un sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

"Hər bir ölkə xaricdə diplomatik nümayəndəlik açmaq və yaxud bağlamaq qərarını verə bilər. Peru tərəfi Azərbaycandakı nümayəndəliyinin müvəqqəti bağlamaq qərarını verib. Bu qərar ölkənin daxili vəziyyəti və üzləşdiyi maliyyə məsələləri ilə əlaqədardır",- o deyib.

XİN rəsmisi qeyd edib ki, bununla yanaşı, Peru tərəfi iki ölkə arasındakı əlaqələrin istər siyasi, istərsə də iqtisadi sahədə bundan sonra da eyni şəkildə davam etdiriləcəyini bildirib.

Oxşar xəbərlər
OTACI