Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Təəssüf ki, “Milan”ın fanatı idim" - Kyellinidən etiraf

12 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Yuventus”un kapitanı Corcio Kyellini uşaqlıqda “Milan” azarkeşi olduğunu etiraf edib.

Press.az xəbər verir ki, 35 yaşlı müdafiəçi  İtaliya mətbuatına açıqlamasında illər keçdikcə ağıllandığını və səhv etdiyini başa düşdüyünü bildirib:

“Təəssüf ki, “Milan”ın fanatı idim. Amma bu geridə qaldı, illər keçdikcə daha ağıllı oldum. Maldini ən sevimli oyunçum idi.

Əkiz qardaşım “Yuventus”u dəstəkləyirdi. Ona qarşı olmaq üçün “Milan”a azarkeşlik edirdim. Təsəvvür edin, 20 yaşımda “Yuventus” məni alanda qardaşım necə xoşbəxt idi. Turinə köçən kimi dərhal bu kluba aşiq oldum. İndi düşünürəm ki, bu planetdə “Yuventus”u məndən artıq sevən insan tapmaq çətindir".

Qeyd edək ki, Kyellini 2004-cü ildən “Yuventus”da çıxış edir. O. “qoca sinyora” ilə 500-dən çox oyun keçirib və 18 titul qazanıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI