Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Tayson irqçilik haqda - "Braziliyaya qayıtmaq istəyirdim"

12 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ukrayna Premyer Liqasının son turunda Kiyev  “Dinamo”su ilə oyunda irqçiliyə məruz qalan “Şaxtyor”un futbolçusu Tayson bununla bağlı fikirlərini bölüşüb.

Press.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi irqçi şüarlara görə bir anlıq ağılından vətəninə qayıtmaq keçdiyini deyib:

“Əvvəlcə düşündüm ki, əşyalarımı götürüb Braziliyaya qayıtmalıyam. Ancaq bu qərarı vermək çətindir. Çünki  “Şaxtyor” məni 30 milyon avroya “Milan”a satmaqdan imtina edib. Təsəvvür edin, məni indi buraxarlar? Başqa yolum yoxdur. Dekabrın 15-də Braziliyaya gedəcəyəm, ancaq tətilə”.

Xatırladaq ki, “Dinamo” ilə oyun zamanı kiyevli azarkeşlər Taysonu irqçi şüarlarla təhqir edib. O isə  görüşün 74-cü dəqiqəsində qaydanı pozduğu vaxt fanatlara orta barmağını göstərib. Hakim buna görə Taysona qırmızı vətəqə göstərib. O, meydanı göz yaşları içində tərk edib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI