Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Azərbaycanı məğlub etsək, arzumuza çatarıq" - Slovakiya millisinin üzvü

12 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Slovakiya millisinin üzvü Stanislav Lobotka Avro-2020 seçmə mərhələsi çərçivəsində Xorvatiya və Azərbaycanla oyunlar öncəsi fikirlərini bildirib.

Press.az Slovakiya mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı qruplarında çox çətin rəqiblərin yer aldığını deyib: “Qrupda qələbə qazanmaq olduqca çətin bir işdir. Son dərəcə balanslı qrupdur və istənilən komanda irəliləyə bilər. Hər biri yaxşı heyətə sahibdir”.

"Selta"nın futbolçusu  “Slovakiyanın qarşıdakı 2 matçdakı  hədəfiniz nədir?” sualını belə cavablandırıb: “Hədəfimiz və oyun planımız aydındır. Əgər mərhələ adlasaq bu bizi xoşbəxt edəcək. Düşünürük ki, Xorvatiya və Azərbaycanla oyunlardan qalib ayrılmalıyıq. Bu halda arzumuza çata bilərik”.

Qeyd edək ki, noyabrın 16-da Xorvatiyanın qonağı olacaq Slovakiya yığması bundan 3 gün sonra Azərbaycan millisini qəbul edəcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI