Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Əksər dövlət qurumları qrantlarla bağlı elanları ictimailəşdirmirlər” - Ekspertdən tənqid

12 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

2020-ci ilin dövlət büdcəsindən “Qrantlar və digər ödənişlər” üçün 409,4 milyon manat ayrılacaq. Bu cəmi büdcə xərclərinin 1,5 faizi deməkdir. Bu maddə üzrə gələn il bu il ilə müqayisədə 6 dəfə çox vəsait ayrılması nəzərdə tutulur. Belə ki, 2019-cu ildə bu istiqamətə 67.8 milyon manat vəsait ayrılması proqnozlaşdırılıb. Bu da ümumi büdcə xərclərinin 0,3 faizidir.

Press.az xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramov büdcədən qrantlar üçün ayrılacaq vəsaiti şərh edib.

O qeyd edib ki, qrantlar və digər ödənişlər üçün nəzərdə tutulan vəsaitin artırılması bəlkə də sual doğurmaya bilər. Amma məsələ ondadır ki, həmin vəsaitin necə xərclənməsi və xüsusən də hansı təşkilatların bu qrantlardan istifadə etdiyi əksər hallarda aydın deyil:

“Əksər dövlət qurumları qrantlarla bağlı elanları ya ictimailəşdirmirlər, ya da müraciət üçün vaxtı qısa müəyyənləşdirilər və hətta elanlarda müəyyənləşən zamanın əsas hissəsi qeyri-iş günlərinə təsadüf edir. Məsələn, hətta uzun qeyri-iş günləri olan Novruz Bayramında elanların verilməsi hallarına da təsadüf edilir. Nəticədə, müsabiqələrdə rəqabətin yaranmasının qarşısı alınaraq vəsaitlərin bölüşdürülməsi həyata keçirilir. 4 mindən artıq QHT sadəcə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyinə ayrılan 6 milyon manata yaxın vəsaitə müraciət edə bilir. Nəticədə, digər dövlət qurumlarının təşkil etdiyi sosial tenderlər və qrant müsabiqələrində iştirak imkanları məhdud olaraq qalır”.

Problemin həlli yolundan danışan Vüqar Bayramov qeyd edib ki, daha uyğun metod bütün dövlət qurumlarına ayrılan qrantların Sürətli Əlaqələndirmə və Layihələrin İdaretmə Sistemi (SƏLİS) vasitəsi ilə təklif olunmasıdır:

“Qeyd edək ki, BMT-nin Azərbaycandakı nümayəndəliyi tezliklə SƏLİS-in bu ali qurumun mükafatını alacağını bəyan edib. Bütün dövlət qurumlarının qrantlarının SƏLİS vasitəsi ilə vahid idarə edilməsi qrantların verilməsinə nəzarətin mərkəzləşdirilməsinə və güclənməsinə, şəffaflığın artmasına, hesabatlılığın güclənməsinə, məlumatların elektron bölüşdürülməsinə və eləcə də hansısa dövlət qurumuna yaxın olan deyil, real vətəndaş cəmiyyəti təşkilatlarının büdcə vəsaitlərindən faydalanmasına imkan yarada bilər”.

Oxşar xəbərlər
OTACI