Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ərdoğan ABŞ-a səfər edəcək

12 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampın dəvəti ilə 12-13 noyabr tarixlərində ABŞ-a işgüzar səfər edəcək.

Press.az-ın məlumatına görə, səfər zamanı Türkiyə və ABŞ liderləri ikitərəfli əlaqələrin müxtəlif aspektlərinə, regional və beynəlxalq gündəmdəki məsələlərə, xüsusilə də Suriyadakı vəziyyətə toxunacaqlar.

Bundan əlavə, tərəflər terrorizmlə mübarizədə həmrəyliyin, əməkdaşlığın və koordinasiyanın gücləndirilməsi yollarını müzakirə edəcəklər.

Səfər zamanı T.Ərdoğan işgüzar dairələrin nümayəndələri qarşısında çıxış edəcək. Tədbirin təşkilatçısı ABŞ Ticarət Palatasıdır.

Oxşar xəbərlər
OTACI