Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Avropa Şurasına sədrlik Gürcüstana keçəcək

11 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gürcüstan noyabrın 27-dən başlayaraq Avropa Şurasına (AŞ) altı ay müddətinə sədrlik edəcək.

Sədrliyin ölkəyə rəsmi təqdim olunması mərasimi həmin tarixdə Strasburqda keçiriləcək.

Gürcüstanda rəsmi səfərdə olan AŞ-in baş katibi Mariya Peyçinoviç Buriç ölkənin xarici işlər naziri David Zalkaliani ilə görüşdə bu məsələni müzakirə edib.

Baş katib səfəri çərçivəsində qonşu ölkənin bir sıra yüksək vəzifəli şəxsləri ilə görüşəcək. Tbilisidə AŞ-nin 70 illiyi, Gürcüstanın təşkilata üzv olmasının 20-ci ildönümünə həsr olunan tədbirlər və təşkilatın Gürcüstan üzrə 2020-2023-cü illər üçün fəaliyyət planının rəsmi təqdimatının eçirilməsi də planlaşdırılıb.

Qeyd edək ki, Gürcüstan ilk dəfə olaraq AŞ-yə sədrlik edəcək. Qonşu ölkə təşkilatın Nazirlər Komitəsinə sədrliyi 2020-ci ilin may ayına qədər yerinə yetirəcək. 

Report

Oxşar xəbərlər
OTACI