logo
First slide

Anar Ağakişiyev: Öz kosmetika brendimi yaradıram - VİDEO

11 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xəbər verdiyimiz kimi, ötən axşam Türkiyənin 35 yaşlı məşhur fenomeni Selin Ciyerci Bakıya gəlib. Selin paytaxtımıza dünya şöhrətli “make-up” artisti Anar Ağakişiyevin dəvəti ilə təşrif buyurub.

Selini hava limanında qarşılayan Anar jurnalistlərin suallarını cavablandırıb. 

Ağakişiyev Ciyercini Bakıya dəvət etməsini belə qələmə verib:

“Selinin atası tekstil biznesi ilə məşğul olduğundan Bakıya tez-tez gəlir. O da Bakıya gəlmək, buranı görmək istəyirdi. Biz çox qonaqpərvərik və qapımız hamı üçün açıqdır. Selinin kosmetik markası var. İstəyirik ki, həmin kosmetik vasitələrin satışı Bakıda da keçirilsin.

İlk növbədə Selin hoteldə dincələcək. Daha sonra Bakımızın göz muncuğu olan gözəl və gəzməli yerlərinə aparıb, onu gəzdirəcəyəm. Bəlkə də, yaxın gələcəkdə Selin Bakıya köçdü” (gülür).

Selin Ciyerci ilə başlayıb Demet Akalınla çalışmağa davam edən Anar “Hansı türk məşhurlardan sizə “Gəl, məni də makiyaj et” kimi təklifi almısınız?” sualına belə reaksiya verdi:

“Instagram”a diqqət nəzər yetirsəniz, hansı türk məşhurların mənimlə işləmək istədiyini öyrənə bilərsiniz. Onların sayı kifayət qədər çoxdur”.

“Azərbaycanlı məşhurlarla daha işləməyəcəyəm” açıqlamasına Ağakişiyevdən daha bir qalmaqallı əlavə gəldi:

“Bunu cəm şəklində deməmişəm. Bizdə yerli ulduzlar 100 nəfərdirsə, sözümü 20 nəfərə ünvanlayıramsa, 20 nəfər də cəm sayılır (gülür). Düzdür, bəzi yerli ulduzlar mənim bu sözlərimə görə incidilər. Amma əsas odur ki, mesajım ünvanına çatdı. Zamanında o qədər ulduzlar olub ki, ömrümün yarısını onlara sərf etmişəm. Amma zəng edib deməyiblər ki, “Anar, sağ-salamatsan?” Mesaj da onlara aid idi”.

“Bu inciklik sizin işinizə görə ulduzlarımız pul ödəmədikləri üçün yaranıb?” demişdik ki, “make-up” artisti dilə gəldi:

“Biz eyni camiənin insanları olduğumuzdan deməyəcəyəm ki, mənim ödənişimi et. Utancaq olduğumdan onlar özü bunu düşünməlidir”.

“Hazırda çalışdığınız türkiyəli ulduzların şəxsi “make-up” ustaları var. Onlarda çörəklərinə bais olmaq və qısqanclıq kimi fikirlər yaranmadı ki?” sualını Anara ünvanlamışdıq ki, səmimi etiraf gəldi:

“Qısqanclıq qəti şəkildə yoxdur. Əksinə, türk ulduzlarla çalışan “make-up” artistlər onlara söyləyirlər ki, “Olar biz Anarın sizi necə makyaj etdiyinə baxaq?”. Orada elə bir “make-up” artisti var idi ki, 40 ildir işləyir, yaşımdan çox iş təcrübəsi var, əlimə baxırdı.

Bir sözlə, deyim ki, Türkiyədə bu sənətə daha çox qiymət verilir. Bakıda isə həmkarlarımdan qısqanclıq, paxıllıq görürəm, pis enerji ötürürlər. Orada yalnız pozitivlik ötürürlər. Kimin hansı pillədə olduğunu ətraf çox gözəl görür və anlayır”.

Anar Ağakişiyev müsahibəsinin sonunda yaxın gələcəkdə özünə məxsus kosmetika brendini yaradacağını, bu istiqamətdə işlərin getdiyini söylədi:

“Əminəm ki, hamı bununla qürür duyacaq. Kosmetik markanın məhsulları dünyanın ən məşhur mağazalarında satışa çıxacaq. Hansı ölkələrdə çıxacağı haqqında hələlik heç bir açıqlama verə bilmərəm”.

Oxu.az

Oxşar xəbərlər