Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Xaçmazda həmkəndlisinə qarşı quldurluq edən şəxs tutulub

08 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xaçmazda həmkəndlisinə qarşı quldurluq edən şəxs tutulub

Press.Az xəbər verir ki, DİN “102” Zəng Mərkəzinə Xaçmaz rayonunda quldurluq hadisəsi ilə bağlı məlumat daxil olub.

Müəyyən edilib ki, noyabrın 6-ı saat 20 radələrində Hülövlü kənd sakini R.Balayevin evinin həyətinə girmiş maskalı şəxs, bıçaqla hədələyib pul verməsini tələb edib, müqavimətlə rastlaşdığından istədiyinə nail ola bilməyərək hadisə yerini tərk edib.

Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində kənd sakini, əvvəllər məhkum olunmuş T.Nizamov saxlanılıb.

RPŞ İstintaq bölməsində CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Oxşar xəbərlər
OTACI