Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Paytaxtda qızıl dükanından oğurluq edən şəxsi polislər saxlayıb

08 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda qızıl dükanından oğurluq edən şəxsi polislər saxlayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Press.az-a verilən məlumata görə, Səbail rayonunda yerləşən ticarət mərkəzlərindən birində qızıl alqı-satqısı dükanından oğurluq edilib. 

Zərərçəkən sahibkar polisə müraciət edərək dəyəri 2 min manat olan üzüyün naməlum şəraitdə oğurlandığını bildirib. 

Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törədən, əvvəllər məhkum olunmuş paytaxt sakini Elvin Məmmədzadə saxlanılıb. 

O, ifadəsində törətdiyi cinayəti etiraf edərək oğurladığı üzüyü metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında satdığını bildirib. 

Qeyd edək ki, E.Məmmədzadənin obyektdən oğurluq etməsi mağazanın müşahidə kameraları vasitəsilə də anbaan lentə alınıb.

E.Məmmədzadə barəsində 39-cu Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib. 

Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Səbail Rayon Polis İdarəsi və ya 39-cü Polis Bölməsinə müraciət edə bilərlər. 

Oxşar xəbərlər
OTACI