Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Metroda gediş haqqı artacaq? - RƏSMİ AÇIQLAMA

08 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Yaxın vaxtlarda "Bakı Metropoliteni" QSC-də qiymət artımı gözlənilmir". 

Press.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun baş mühəndisi Əlixan Osmanov deyib.

"Hazırda Bakı metrosu MDB məkanında ən ucuz metrodur. Sərnişinlərin daşınmasından əldə olunan gəlir xərcin yalnız 60%-ni qarşılayır. Bununla belə, qiymət artımı gözlənilmir", - deyə o qeyd edib. 

Metropoliten rəsmisi gələcəkdə metroda diferensial tarif sisteminə keçə biləcəklərini də deyib: "Bu gün "Bakı Metropoliteni" uzaqmənzilli deyil. Nəzərdə tutduğumuz 76 stansiyanın hamısı istismara veriləndən sonra diferensial tarif sisteminin tətbiqi rahat olacaq. Bu gün həmin sistem əhəmiyyətsizdir". 

Oxşar xəbərlər
OTACI