Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Azərsu” ASC-nin sədri və müavinləri bölgələrdə vətəndaşları qəbul edəcəklər

08 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Mərkəzi icra hakimiyyəti orqanları, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov 15 noyabr 2019-cu il tarixində Mingəçevir şəhərində Mingəçevir və Yevlax şəhərlərindən olan vətəndaşları qəbul edəcək. 18 noyabr 2019-cu il tarixində “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov Zərdab şəhərində Zərdab və Bərdə rayonlarının sakinləri ilə görüşəcək. 19 noyabr 2019-cu il tarixində isə “Azərsu” ASC sədrinin müavini Etibar Məmmədov Kürdəmir şəhərində Kürdəmir və Ucar rayonlarının sakinlərini qəbul edəcək.

“Azərsu” ASC- dən Press.az-a verilən məlumata görə, Mingəçevir və Zərdab şəhərlərində qəbullar Heydər Əliyev mərkəzlərində, Kürdəmir şəhərində isə Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının inzibati binasında keçiriləcək. Qəbullarda sakinlərin içməli su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbul üçün Mingəçevir, Yevlax, Zərdab, Bərdə, Kürdəmir və Ucar sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili 1050) nömrəsi ilə “Azərsu” ASC-yə və [email protected] elektron poçtu vasitəsilə müraciət edə bilərlər.

Oxşar xəbərlər
OTACI