Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda 8-ci sinif şagirdinin başı kəsilib? – RƏSMİ AÇIQLAMA

08 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı şəhərində azyaşlının qətlə yetirilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətə uyğun deyil. 

Bu barədə Press.az-a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən bildirilib. 

İdarədən qeyd edilib ki, nə dünən, nə də bu gün belə bir faktla bağlı polis orqanlarına məlumat daxil olmayıb.

Qeyd edək ki, sosial şəbəkədə 8-ci sinif şagirdinin hamilə qaldığı, buna görə də atasının sifarişi ilə əmisi tərəfindən başı kəsildiyi məlumatı yayılıb.

Oxşar xəbərlər
OTACI