Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Emil Balayev Qazaxıstan çempionatının ən yaxşısı oldu

08 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan millisinin və "Tobol"un üzvü Emil Balayev Qazaxıstan çempionatının ən yaxşı göstəriciyə malik qapıçısıdır.

Press.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı qolkiper "quru" oyunların sayında bütün həmkarlarından öndədir.

O, bu mövsüm 18 oyunda qapısını toxunulmaz saxlayıb. Bu isə o deməkdir ki, mövsümün sonuna bir tur qaldığı üçün Balayevə heç kim çata bilməyəcək. Emil ümumilikdə 30 görüşdə 21 qol buraxıb.
İkinci pilləni "Ordabasi"nin qapıçısı Dmitri Nepoqodov tutur. Onun aktivində 15 "quru" oyun var. Qazaxıstan millisinin qolkiperi 28 qarşılaşmada 20 top buraxıb. "Kayrat"ın qapıçısı Stas Pokatilov 13 "quru" oyunla 3-cüdür. O,  31 matçda 30 qol buraxıb.

Qeyd edək ki, "Tobol" Qazaxıstan çempionatında sona 1 tur qalmış 60 xalla 4-cü pillədə qərarlaşır.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI