Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanlı həkim Türkiyədə sevgilisi tərəfindən güllələndi - VİDEO

08 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Avcılarda özəl tibb mərkəzinin sahibi olan Cəlal T.nin həmin mərkəzdə işləyən və 3 yaşlı uşağının anası olan azərbaycanlı həkim Aidə A.nı silahla vurmaq üçün axtardığı anın görüntüləri yayılıb.

Press.az “Hürriyet”ə istinadən xəbər verir ki, Aidəni ağır yaralayan və qaçmaq istəyərkən polis tərəfindən tutulan Cəlal həbs edilərək Metris Cəzaçəkmə müəssisəsinə göndərilib.

Qeyd edək ki, Cəlal səbəbi bilinməyən mübahisədən sonra Aidəyə atəş açıb və onu yaralayıb. Hazırda Bakırköy Dövlət Xəstəxanasında olan azərbaycanlı həkimin vəziyyəti ağırdır.

Bundan başqa, baş verən hadisənin təfərrüatı məlum olub. 

Tibb mərkəzinin sahibi, 66 yaşlı Cəlal Tosunoğlu evli olmasına baxmayaraq, 35 yaşlı Aida Xasıyeva ilə eşq yaşayıb. 

Tərəflər arasında mübahisə də qısqanclıq zəminində baş verib. Tosunoğlu Xasıyevaya mübahisə zamanı bir dəfə atəş açıb. 

Həmçinin, məlum olub ki, Tosunoğlu birlikdə yaşadığı Xasıyevanın avtomobilinə izlənmə cihazı quraşdırıb və harada olduğunu soruşduqda yalan cavab aldığı üçün qəzəblənib.

Hadisənin görüntüləri xəstəxanadakı təhlükəsizlik kameralarına əks olunub. 

Oxşar xəbərlər
OTACI