logo
First slide

BŞİH Müsavat Partiyasının piketlə bağlı müraciətinə cavab verib

07 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının noyabrın 12-də BŞİH-in binası qarşısında piket keçirməsi ilə bağlı müraciətinə cavab verib.

BŞİH piketin keçirilməsini məqsədəuyğun saymadığını bildirib.

“Nəzərinizə çatdırırıq ki, qeyd edilən ərazidə təhsil müəssilərinin mövcudluğu, piyadaların sıxlığı, nəqliyyatın intensivliyi nəzərə alınaraq orada toplantının keçirilməsi ictimai asayişin təmin edilməsi baxımından çətinlik yardacaq. Qeyd olunanları, həmçinin Sərbəst toplaşmaq haqqında" qanunun 7-ci maddəsinin birinci hissəsini nəzərə alaraq 12 noyabr 2019-cu ildə planlaşdırdığınız piketin keçirilməsini məqsədəuyğun hesab etmirik”, - deyə, məktubda əlavə olunub.

Report

Oxşar xəbərlər