logo
First slide

Hesablama Palatası İşsizlikdən Sığorta Fonduna haqq ödəyənlərin siyahısının genişləndirilməsini tövsiyyə edib

05 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Hesablama Palatası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondu ilə bağlı hökumətə bir sıra tövsiyyələr verib.

Press.az xəbər verir ki, həmin tövsiyyələr aşağıdakılardır:

- Fondun dövlət büdcəsindən maliyyələşən təşkilatlar və digər sığortaedənlər üzrə gəlirləri istisna olmaqla qalan bütün gəlirlərin sair gəlirlərdə birləşdirildiyini nəzərə alaraq şəffaflığın və hesabatlılığın təmin edilməsi məqsədilə sair gəlirlərlə barədə məlumatların qanunvericiliklə müəyyən edilmiş istiqamətlər üzrə ayrı-ayrılıqda verilməsi;

- Büdcədənkənar dövlət fondlarının növbəti il üçün büdcələrinin qanunla təsdiq edildiyini nəzərə alaraq ölkədə dövlət vəsaitləri üzərində hesabatlılığın tamlığının təmin edilməsi, maliyyə inzibatçılığının gücləndirilməsi, həmçinin “Hesablama Palatası haqqında” qanunun tələblərinin icrasına şəraitin yaradılması məqsədilə büdcədənkənar dövlət fondlarının büdcələrinin icrasının, dövlət büdcəsində olduğu kimi, Qanunla təsdiq edilməsi;

- Fondun gəlir potensialından tam istifadənin fiskal dayanıqlılığının təmin edilməsi, həmçinin gələcəkdə işsizlikdən sosial müdafiə mexanizmlərindən yararlanması üçün mülkiyyətində kənd təsərrüfatına görə yararlı torpaqları istifadə edənlərin, fiziki şəxslərin və məcburi dövlət sosial sığorta haqlarını öz gəlirlərinə nisbətdə ödəyən şəxslərin də Fonda sığorta haqları ödənilməsi istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi;

- Fonda uzun müddət sığorta haqqı ödəmiş şəxslərin könüllü işdən azad olunduğu hallarda işsizliyə görə sığorta ödənişi almaq hüququnun müəyyən edilməsi üçün “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik olunması;

- Özünüməşğulluq tədbirlərinin, işsiz və işaxtaran şəxslərin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi istiqamətində mövcud maliyyə imkanlarından tam istifadə olunması üçün bu sahədə fəaliyyətin gücləndirilməsi.

Oxşar xəbərlər