logo
First slide

Azərbaycanlı rəssamlardan unikal layihə - FOTO

01 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sənət aləminin tanınmış simaları fərqli və olduqca maraqlı layihəyə imza atıblar.

Kinorejissor və rəssam Samir Kərimoğlu, Azərbaycan Rəssamlıq Akademiyasının müəllimləri - rəssam, quruluşçu kino rəssamı Səbuhi Atababayev və Rüstəm Quliyev sənət tarixində özünəməxsus yer tutan rəsm əsərlərinə müasir dünya kinosunun qəhrəmanlarını sintez edib.

Press.az-ın məlumatına görə, Samir Kərəmoğlu Oxu.Az-ın əməkdaşı ilə söhbətində həmkarları ilə ərsəyə gətirdikləri “Movie in Art” adlı layihədən bəhs edib.

“Dünyaca məşhur rəssamların əl işlərini görmək üçün dəfələrlə xarici ölkələrin muzeylərinə və sərgilərinə baş vurmuşuq. Elə yaratdığımız layihə və ideya səfərlərin birində ağlımıza gəlib.

İzlədiyimiz bir çox filmlərdə hər hansısa bir rəsm əsərinin ab-havası təzahürü yaranıb. Bunları sintez edib birləşdirmək isə olduqca maraqlı gəldi. Əfsuslar olsun ki, bu ideyanı vaxt məhdudiyyətindən reallaşdıra bilmirdik. Nəhayət ki, bu fikri həyata keçirməyə zaman ayıra bildik.

Layihənin məqsədinə gəldikdə, deyə bilərəm ki, bu, özünəməxsus maarifləndirmə yoludur. İnsanların bir hissəsi məşhur əsərlərini, bir hissəsi ilə fotolarda əks olunan kino qəhrəmanlarını tanımaya bilər. Bu yolla biz tamaşaçıya məşhur fimlərin və dünya rəssamlarının əsərlərini tanıtmış oluruq.

Bu işi davam etdirəcəyik. Daha maraqlı film personajlarını seçib, Azərbaycan rəssamlarının əsərləri ilə sintez etmək fikrimiz var. Bu işlər kino və rəssamlığa marağı olan sənətsevərlər üçün bir yenilik olacaq”.

Əsər: “Avtoportret” - Van Qoq (1889)

Film: “Joker” - Rejissor: Todd Fillips (2019)

Əsər: “Mulen de la Galetde bal” - August Renuar (1876)

Film: “Xaç atası” - Rejissor: Frensis Ford Koppola (1972)

Əsər: “Canlıların və ölülərin qələbəsi” - Geliy Korjev (2001)

Film: “Xəyalət yarışçı” - Rejissor: Mark Stiven Jonson (2007)

Əsər: “Arlekina” - Picasso (1901)

Film: “Joker” - Rejissor: Todd Fillips (2019)

Əsər: “Sadko” - İlya Repin (1876)

Film: “Aquaman” - Rejissor : Ceyms Van (2019)

Əsər: “Sis dənizi üzərində gəzən səyyah” - Kaspar David Fridrix (1818)

Film: “Transformerlər” - Rejissor: Maykl Bey (2007)

Əsər: “Gözləmirdik” - İlya Repin (1884-1888)

Film: “İtkin düşmüş” - Rejissor: Robert Zemekis (2000)

Əsər: “Doqquzuncu dalğa” - İvan Ayvazovski (1850)

Film: “Karib dənizinin quldurları” - Rejissor: Qor Verbinski (2003)

Əsər: “Şahzadə Qu quşu” - Mixail Vrubel (1900)

Film: “Qara Qu quşu” - Rejissor: Darren Aranovski (2010)

Əsər: “Nikolay Mirlikiyskinin ölümə məhkum olmuş üç nəfəri xilas etməsi” - İlya Repin (1888)

Film: “Şindlerin siyahısı” - Rejissor: Stiven Spilberq (1993)

Əsər: “Şam ağacı meşəsində səhər” - İ.İ.Şişkin və K.A.Saviçki (1889)

Film: “Sağ qalan” - Rejissor: Alexandro Q.Inyarritu (2015)

Əsər: “Döyüşdən sonra” - Viktor Vasnecov (1880)

Film: “Taxt Oyunları: Biclərin Döyüşü” - Rejissor: Migel Şapoçnik (2016)

Əsər: “Müharibənin ilahiləşdrilməsi” - Vasili Veraşagin (1871)

Film: “Konq: Kəllə adası” - Rejissor: Cordan Vot – Roberts (2017)

Əsər: “Pompeyin son günü” - Karl Bryullov (1833)

Film: “Müstəqillik Günü” - Rejissor: Rolland Emmerix (1996)

Əsər: “Ulduzlu gecə” - Van Qoq (1889)

Film: “Godzilla : Bədheybətlər kralı” - Rejissor: Maykl Dogerti (2019)

Oxşar xəbərlər