Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakının üç rayonunda 50 min sakinin qaz təchizatı yaxşılaşacaq

01 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı şəhərinin Xətai, Nəsimi, Səbail rayonlarında 50 min sakinin qaz təchizatı yaxşılaşacaq.

Bu barədə Press.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. 

Bildirilib ki, bunun üçün mövcud istismara yararsız qaz kəmərlərinin yenilənməsinə başlanılıb. 

Məlumata görə, Xətai, Nəsimi, Səbail rayonlarını qazla təmin edən ümumi uzunluğu 3500 m olan 530 mm diametrində yeraltı qaz kəməri ötən əsrin 80-ci illərində çəkilib. Bu kəmərin 1500 m-lik hissəsi 2017-2018-ci illərdə təmir olunub. Hazırda Xətai rayonu Xocalı prospektindən başlayaraq N.Rəfiyev küçəsi və Nobel prospekti ilə Y.Səfərov küçəsinə kimi mövcud olan 2000 m uzunluğundakı qaz kəməri 400 mm diametrində olan polietilen kəmərlə dəyişdirilir. İşlərə bu il avqust ayının 15-də başlanılıb və noyabrın sonunadək tamamlanması planlaşdırılır. Bu günədək tikintinin 70%-i icra olunub.

Oxşar xəbərlər
OTACI