Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ƏSA Teatrı 4-cü mövsümə "partlayış"la başladı - FOTOLAR

31 Oct 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İnklüziv ƏSA Teatrı 4-cü mövsümün ilk tamaşa premyerası həyata keçirib.

Press.az teatrın rəsmi facebook səhifəsinə istinadən xəbər verir ki, Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyö Jordan və Dərviş Məstəli Şah” pyesinin motivləri əsasında quruluş verilən “Paris partladı” tamaşasının təqdimatı Akademik Rus Dram Teatrının səhnəsində reallaşıb.Tamaşaçılar premyerada M.F.Axundzadənin ənənəvi yaradıcılığının məhsulunu yox, yeni üslubda quruluş verilən tamaşanı izləyiblər.

Quruluşçu rejissoru Elşən Əsgərov olan səhnə əsərində rolları aktyorlar İmran Lalayev, Səmayə Ağayarova, Könül Şahbazova, Elvin Mirzəyev, Niyaz İlyasoğlu, Elsevər Rəhimov, Rafael Şahbəyli, Fərid Əliyev, Günay Məmmədova, Mehdi Cənnətifərd, Aysel Feziyeva, Orxan Əliyev Bəhram Rəhimli və Cəmilə Məmmədli canlandırıb.

Fotoların müəllifi: Famil Mahmudbəyli

Oxşar xəbərlər
OTACI