Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

DSX: Düşmən Qazaxda bir neçə kəndi və döyüş mövqelərimizi atəşə tutub

30 Oct 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Oktyabrın 29-da axşam saatlarından başlanılmaqla Azərbaycan-Ermənistan dövlət sərhədin­də Ermənistan silahlı qüvvələ­rinin bölmələri Qazax rayonunun bir neçə kəndi və Azərbaycanın sər­həd döyüş mövqeləri istiqamətində atəşkəs rejimini davamlı surətdə pozub.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Press.az-a verilən mlumata görə, bütün hallarda düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurulub. 

"Eyni zamanda bildiririk ki, atəşkəs rejiminin Azərbaycan tərəfindən pozulması barədə Ermənistan mətbuatının məlumatları həqiqətə tam ziddir, hərbi qulluqçularımız tərəfindən qarşı tərəfin təxribatına cavab olaraq düşmən mövqelərinə doğru atəş açılıb, Ermənistan silahlı qüvvələrindən fərqli olaraq yaşayış məntəqələri istiqamə­tində və mülki şəxslərə qarşı silah tətbiq olunmayıb", - DSX-dən bildirilib. 

Oxşar xəbərlər
OTACI