Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Röya BDU-da konsert verib

29 Oct 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi münasibətilə başlanan mədəni-kütləvi tədbirlər çərçivəsində Xalq artisti Röya Ayxan və Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli universitetdə qonaq olub, konsert proqramı təqdim ediblər.

BDU-nun Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə baş tutan konsert proqramında qonaqları salamlayan rektor Elçin Babayev müğənni Röyanı Xalq artisti adına layiq görülməsi münasibətilə təbrik edib.

Qonaqlar universitetin 100 illik yubileyi ərəfəsində konsertə dəvət olunduqları üçün universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Nailə Mirmmədlinin bəstələrini ifa edən estrada müğənnisi Röya tələbələrə xoş anlar yaşadıb.

Oxşar xəbərlər
OTACI