Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Dolğudan istifadə etdi, həyatına təhlükə yarandı - VİDEO

22 Oct 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gözəl görünmək istəyən Bərdə sakininin başına iş gəlib. Şəfqət Quliyevanən dodaqlarına dolğu vurulandan sonra fəsadlar yaranıb.

Press.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, 34 yaşlı Şəfqət Quliyeva 4 il əvvəl dodaq formasını dəyişmək üçün rayonda yerləşən gözəllik salonlarının birinə müraciət edib.

Orada bildiriblər ki, Bakıdan gələn Yeganə adlı həkim bu işin mütəxəssisidir. Şəfqət Quliyeva da dodaqlarında dəyişlik etdirmək üçün dolğu etdirib. O, həmin gündən bəri dolğunun yaratdığı əks təsirlərdən əziyyət çəkir.

Dolğunun aradan qaldırılması üçün mayenin tərkibi bilinməlidir. Başqa həkimlər isə həmin mayenin tərkibini bimədiyi üçün qadını müalicə edə bilmir. Şəfqət Quliyevanın həm pulu gedib, həm də illərdir bunun əziyyətini çəkir. Onu bu vəziyyətə salanları isə tapa bilmir.

Şəfqət Quliyeva deyir ki, dodağındakı dolğu üz nahiyəsində səpkilərə, qanının zəhərlənməsinə səbəb olur. O, aldadılması ilə bağlı hüquq mühafizə orqanlarına da məlumat verib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Oxşar xəbərlər
OTACI