Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Cəlilabadda avtomobili narkotik vasitənin təsiri altında sürən şəxs saxlanılıb

21 Oct 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Cəlilabad rayonunda avtomobili sərxoş və narkotik vasitələrin təsiri altında idarə edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Press.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində avtomobili sərxoş və narkotik vasitələrin təsiri altında idarə edən sürücü, Qaradağ rayon sakini Orxan Verdiyev tutulub.

Araşdırma zamanı onun “Toyota” markalı nəqliyyat vasitəsini heç bir müvafiq sənədləri olmadan və narkotik vasitələrin təsiri altında idarə etdiyi məlum olub.

Qeyd edək ki, sürücününü yanında əyləşən sərnişini paytaxt sakini Tərlan İmanovun üzərində şəxsi axtarış aparılan zaman ondan da bir kibrit qutusunda qablaşdırılan ümumi çəkisi 6,069 qram olan marixuana aşkar edilərək götürülüb.

Oxşar xəbərlər
OTACI