Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Azərbaycan Diaspor Könüllüləri” proqramının iştirakçıları Cocuq Mərcanlı kəndinə səfər edib - FOTO

21 Oct 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun təşəbbüsü ilə Komitə əməkdaşlarından, Azərbaycan Diasporuna Dəstək Fondunun nümayəndələrindən və “Azərbaycan Diaspor Könüllüləri” proqramının iştirakçılarından ibarət bir qrup şəxs Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib.

Komitədən Press.az-a verilən məlumata görə, 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə reallaşan səfərdə məqsəd “Azərbaycan Diaspor Könüllüləri” proqramının iştirakçılarına Azərbaycanın qəhrəmanlıq salnaməsinə qızıl həriflərlə yazılan, Aprel Qəhrəmanlarının şah əsəri olan “Böyük qayıdışın başlanğıc nöqtəsi” Cocuq Mərcanlı kəndinin tanıdılması, Cocuq Mərcanlıda təhsil alan məktəblilərə mənəvi dəstəyin göstərilməsi, sərhəd bölgəsində yaşayan insanların xalqımızın və dövlətimizin daim diqqətində olduğunun bir daha nümayiş etdirilməsidir.

Dövlət Komitəsinin nümayəndə heyəti Cocuq Mərcanlıya səfər çərçivəsində, Horadiz qəsəbəsində Aprel şəhidlərinin şərəfinə ucaldılmış xatirə abidəsini də ziyarət ediblər.

Cəbrayıl rayonu Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev nümayəndə heyətinə məktəb barədə ətraflı məlumat verib. Bildirib ki, hazırda 84 şagirdin oxuduğu təhsil ocağı bütün lazımi avadanlıqlarla təchiz edilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı, Könüllülərlə iş üzrə koordinator Bəxtiyar Rəhimov çıxışında Qarabağ mövzusunda bu kimi görüşlərin keçirilməsinin vacibliyini qeyd edib.

Cocuq Mərcanlı kənd tam orta məktəbi ilə tanış olan qonaqlar Dövlət Komitəsi adından məktəbin kitabxanasına kitablar hədiyyə edib.

Eyni zamanda, səfər zamanı Dövlət Komitəsinin nümayəndələri və Diaspor Könüllüləri Cocuq Mərcanlı kəndi və onun tarixi ilə ətraflı tanış olublar. Qonaqlar məscidə baş çəkib və Qayıdış parkında gəzintiyə çıxıblar.

 





Daha tez məlumatlan

Oxşar xəbərlər
OTACI