Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda 11 yaşlı oğlan anasından imtina etdi: "Elə ananı istəmirəm" - VİDEO

21 Oct 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda itkin kimi qeydə alınan və axtarışa verilən 11 yaşlı F. Elmar oğlu Hüseynov tapılıb.

Azyaşlı anasının şiddət gördüyü üçün evdən qaçdığını deyib.

O, "Səni axtarıram" proqramına gələrək göz yaşları ilə anası Jalə Hüseynovadan imtina etmək istədiyini bildirib:

"Anamdan imtina edirəm, onunla qalmaq istəmirəm. Məni döyür, nalayiq söyüşlər söyür. Atamı da tutdurub. Atam məni döymürdü. Anam siqaret çəkir, spirtli içki içir, elə ananı istəmirəm".

Xatırladaq ki, 2008-ci il təvəllüdlü F.Hüseynov oktyabrın 8-i səhər saat 10 radələrində Binəqədi rayonu, Ramazanov küçəsi döngə 1-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Bu barədə onun anası Jalə Hüseynova Binəqədi RPİ-nin 43-cü PB-nə ərizə ilə müraciət edib.

 

Oxşar xəbərlər
OTACI